Modern.az

200 kiloqram leş əti aşkarlandı

200 kiloqram leş əti aşkarlandı

Aktual

28 Fevral 2022, 10:46

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 27-də saat 6 radələrində Ağcabədi rayon sakini S.Niyazovun idarə etdiyi “Mercedes” markalı avtomobil Qaradağ rayonu ərazisində saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən əlumatda bildirilib.


Avtomobilə baxış zamanı oradan 200 kiloqram çəkidə mənşəyi məlum olmayan və qida üçün yararsız ət məhsulu aşkar edilib.


S.Niyazov və sərnişini, qardaşı B.Niyazov saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinə təhvil veriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?