Modern.az

Azad edilən ərazilərdə daha 57 mina aşkarlandı

Azad edilən ərazilərdə daha 57 mina aşkarlandı

Aktual

28 Fevral 2022, 12:36

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, fevralın 21-dən 26-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 33, tank əleyhinə 24 mina və 266 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 94,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı