Rusiya tərəfi ilə danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibi açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.
“Nümayəndə heyətinə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və Ukraynanın xarici işlər nazirinin müavini Mikola Toçitskdir”, - məlumatda deyilir.
Qeyd edək ki, Belarusda Rusiya-Ukrayna danışıqları bu gün yerli vaxtla saat 13:00-da başlayacaq.