Modern.az

Elektron qolbaq daşıyan məhkum yenidən oğurluq etdi

Elektron qolbaq daşıyan məhkum yenidən oğurluq etdi

Aktual

28 Fevral 2022, 12:57

İsmayıllı rayonunda ötən ilin noyabr ayından cari ilin yanvar-fevral aylarınadək olan müddət ərzində 9 evdən oğurluq edilib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən xəbərə görə, Polis Şöbəsinə müraciət edən zərərçəkənlər onlara məxsus evlərdən ümumi dəyəri 7000 manatdan artıq olan müxtəlif məişət əşyaları, elektrik kabelləri, su qızdırıcları və təmir-tikinti alətlərinin oğurlandığını bildiriblər.

 

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən rayon sakinləri-Rəsul Bəbirov və 2020-ci ildə törətdiyi oğurluğa görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunmuş Samir Əsədli tutulub.

 

Onlar əməllərini etiraf edib və oğurladıqları əşyaları dəyərindən ucuz qiymətə rayon ərazisində ayrı-ayrı şəxslərə satdıqlarını bildiriblər.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı