Modern.az

Gürcüstan bu səbəbdən Rusiyaya qarşı sanksiyalara qoşulmur

Gürcüstan bu səbəbdən Rusiyaya qarşı sanksiyalara qoşulmur

Aktual

28 Fevral 2022, 13:06

Gürcüstan Qərbin Rusiya Federasiyasına qarşı maliyyə sanksiyalarına qoşularsa, ölkənin şərabçıları, fermerləri, turizm zərər görəcək. Bu, milli maraqlara ziyan vuracaq.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

 

Qaribaşvili daha əvvəl bildirmişdi ki, ölkə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi maliyyə və iqtisadi sanksiyalara qoşulmayacaq.

 

“Məndən nə tələb olunur? Xalqıma sanksiyalar tətbiq etmək yararlı olmayacaq. Ona görə də bu əlavə emosiyalar heç nə verməyəcək, daha da  zərər vuracaq”, - Baş nazir deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı