Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, Aparat müşavirəsi keçirilib.
Modern.az xəbər verir ki, müşavirədə Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonda vaksinasiya işinin təşkili, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində nomlenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, Goranboy şəhər Şəhidlər Xatirə Kompleksində aparılan yenidənqurma işləri, 8 mart və Novruz bayramı ilə bağlı ümumrayon tədbirinin hazırlanması, bayram öncəsi bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə, xüsusən də Şəhidlər Xiyabanlarında təmizlik-abadlıq işlərinin aparılması məsələləri müzakirə edildi, müvafiq tapşırıq və tövsiyyələr verilib.