Modern.az

NATO Ukraynaya hərbi yardımını artırır

NATO Ukraynaya hərbi yardımını artırır

Aktual

28 Fevral 2022, 13:27

Ukrayna Prezidenti Volodimir Zelenski və NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Stoltenberq "Twitter"də bildirib.

 

"İndicə prezident Zelenski ilə danışdım, ona Ukrayna xalqının və silahlı qüvvələrinin şücaətinə görə sayğımı ifadə etdim. NATO müttəfiqləri hava hücumundan müdafiə raketləri, tank əleyhinə silahlar, habelə humanitar və maliyyə yardımı ilə öz dəstəyini artırır", - NATO baş katibi bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı