Modern.az

Klaar Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür etdi

Klaar Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür etdi

Aktual

28 Fevral 2022, 13:42

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Azərbaycana təşəkkür edib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Aİ-nin Xüsusi Nümayəndəsi "Twitter”də paylaşım edib.

 

O, Azərbaycanın Ukraynaya verdiyi humanitar dəstəyə görə minnətdarlığını ifadə edib.

 

Qeyd edək ki, Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı