Bu gün Mediatürk TV-nin efirində yayımlanan “Xəbəriniz var?” verilişində təsirli anlar yaşanıb.
Modern.az xəbər verir ki, proqramın aparıcısı Səidə Bəkirqızı müharibə ilə bağlı danışarkən göz yaşlarına hakim ola bilməyib.
“Şəhidlərimizin axan qanı işğaldan azad olunan torpaqlar üzərində qurumayıb” deyən aparıcı müharibə görən xalq kimi ukraynalıların nə hiss etdiklərini duya bildiyimizi vurğulayıb.