Modern.az

Tərəflər razılaşdı: Rusiya-Ukrayna danışıqları davam edəcək - YENİLƏNİB

Tərəflər razılaşdı: Rusiya-Ukrayna danışıqları davam edəcək - YENİLƏNİB

Aktual

28 Fevral 2022, 20:56

Moskva və Kiyev nümayəndə heyətləri arasında Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlar başa çatıb, tərəflər ikinci raundun keçirilməsi barədə razılığa gəliblər.

 

Modern.az xəbər veri ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

 

***

20:20

 

Rusiya və Ukrayna nümayəndələri arasında Belarusda keçirilən görüş başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

Görüş 6 saat davam edib.

 

***

19:11

 

Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlara fasilə verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin müşaviri Mixail Podolyak özünün tvitter səhifəsində yazıb.

 

O qeyd edib ki, hər iki tərəf öz hökumətlərinə məlumat verir. Danışıqlarda 3-cü raund başlayacaq.

 

***

17:43

Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılır.

 

Modern.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

 

Bildirilib ki, nümayəndələr arasında danışıqların nəticəsi daha sonra açıqlanacaq. 

 

Qeyd edək ki, Qomel şəhərində keçirilən danışıqlarda Rusiyanı prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov təmsil edib.

 

Ukraynadan görüşə müdafiə naziri Aleksiy Reznikov, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, xarici işlər nazirinin müavini Nikolay Toçitski, Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak, Ali Radanın deputatı Rustem Umerov və Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin qatılıb.

 

Belarus xarici işlər naziri də Rusiya ilə Ukrayna arasında danışıqlarda iştirak edib. Görüş mediaya qapalı təşkil olunub. 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı