Modern.az

Yaxın 3 gün ərzində gözlənilən hava PROQNOZU

Yaxın 3 gün ərzində gözlənilən hava PROQNOZU

Aktual

28 Fevral 2022, 15:26

Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, martın 1-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Gecə və səhər bəzi yerlərdə duman, çiskin gözlənilir. Cənub küləyi 8-13 m/s olacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-14° isti olacaq.

 

Martın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, axşam çiskin olma ehtimalı var. Cənub-şərq küləyi 5-10 m/s olacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-15° isti olacaq.

 

Martın 3-də isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi 7-12 m/s, gündüz arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-13° isti olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı