Modern.az

Rusiya avişirkətləri yeni marşrut seçdi

Rusiya avişirkətləri yeni marşrut seçdi

Aktual

28 Fevral 2022, 15:38

Avropa İttifaqı ölkələri öz hava məkanlarını Rusiya təyyarələri üçün bağladığına görə, rus aviaşirkətləri Baltik dənizindəki Kalininqrad anklavına gedib-gəlmək üçün dairəvi marşrut seçməyə məcbur olur.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyaya aid 15.000 kvadrat kilometr (9.320 kvadrat mil) ərazisi olan Kalininqrad materikdən 300 km qərbdə yerləşir. Hazırda bura Baltikyanı və Aİ-yə üzv ölkələr Litva və Polşa arasında sıxışdırılıb.

 

Rusiya təyyarələri birbaşa Latviya və Litva üzərindən uçmaq əvəzinə, indi şimala - Sankt-Peterburqa, oradan Baltik sahilləri ətrafında uçmağa məcburdur.

 

Kanada, Aİ ölkələri və Britaniya ilə yanaşı, Rusiya təyyarələrini hava məkanından qadağan edən sonuncu ölkə olub. Rusiyanın milli aviaşirkəti "Aeroflot" cavab addımı ataraq, Avropa istiqamətlərinə bütün uçuşları ləğv etdiyini bildirib.


Turqay Musayev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı