Modern.az

Heydər Əliyev prospektində ağır qəza

Heydər Əliyev prospektində ağır qəza

Aktual

28 Fevral 2022, 16:05

Hazırda Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, şəhər mərkəzi və “Koroğlu” metrostansiyası istiqamətində əsas və köməkçi yollarda avtomobillərin hərəkəti çətinləşib.

 

Qeyd edilib ki, sıxlıq ağır yol nəqliyyat hadisəsi səbəbindən yaranıb: "Qəza ilə əlaqədar "ASK ARENA"dan "Koroğlu" istiqamətində zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb".

 

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb, ölən və yaralananların olduğu bildirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı