Ukraynanın Zmeiny adasında olan hərbçilər sağdır və onlar əsirlikdədir.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
“Qardaşlarımızın sağ olduğunu və onlarda hər şeyin qaydasında olduğunu öyrənməkdən çox məmnunuq. Eyni zamanda dəniz piyadaları iki dəfə rus işğalçılarının hücumlarını cəsarətlə dəf edib. Sursat çatışmazlığı səbəbindən adanın müdafiəsini davam etdirə bilməyiblər. Mayak, qüllələr tamamilə məhv edilib. Şəxsi heyətlə əlaqə saxlamaq və onların taleyindən xəbər tutmaq üçün cəhdlərimiz nəticəsiz qalıb”,- məlumatda deyilir.