Modern.az

Belarusdan Ukraynaya 6 raket atılıb

Belarusdan Ukraynaya 6 raket atılıb

Aktual

28 Fevral 2022, 16:50

Ötən sutka ərzində Rusiya qoşunları Belarus ərazisindən Ukraynaya 6 raket zərbəsi endirib.

 

Modern.az  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook" səhifəsində məlumat verilib.

 

“Düşmən uzaqmənzilli dəqiq silahlardan istifadə etməklə operativ-taktiki və ordu aviasiyasının dəstəyi ilə Ukraynaya qarşı hücum əməliyyatını davam etdirir. Açıq təcavüz başlayandan düşmən 180-ə yaxın “İsgəndər” kruizindən istifadə edib”,-  Ukrayna Silahlı Qüvvələrinin məlumatında deyilir.

 

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ötən gün açıqlamasında ölkəsindən Ukraynaya raket zərbələrinin endirilmədiyini deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı