Modern.az

Ukrayna adadakı hərbçilərin əsir götürüldüyünü təsdiqlədi

Ukrayna adadakı hərbçilərin əsir götürüldüyünü təsdiqlədi

Aktual

28 Fevral 2022, 16:45

Qara dənizdə Ukraynaya məxsus İlan adasındakı dəniz piyadaları öldürülməyib, əsir götürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin "Facebook" səhifəsində məlumat paylaşılıb.

 

“Qardaşlarımızın sağ olduğunu öyrəndiyimiz üçün çox şadıq!”, - məlumatda bildirilib.

 

Qeyd olunub ki, dəniz piyadalarının ölümü və yaralanması ehtimal olduğu üçün fevralın 26-da Ukrayna humanitar missiya üçün adaya "Sapphire" mülki gəmisini göndərib, amma gəmi heyəti ruslar tərəfindən əsir götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?