Modern.az

Vətən müharibəsinin qazisi işlə təmin olundu

Vətən müharibəsinin qazisi işlə təmin olundu

Aktual

28 Fevral 2022, 16:56

Vətən müharibəsinin qazisi (III qrup əlil) Qəhrəman Rüstəm oğlu Məmmədzadə Füzuli rayonun icra başçısı tərəfindən dövlət qulluğuna götürülüb.

Modern.az xəbər verir ki, Qəhrəman Məmmədzadə 7 saylı Qayıdış qəsəbəsinin İcra nümayəndəliyində işlə təmin olunub.

Əslən Füzuli rayonu Kürdler kəndindən olan qazi Məmmədzadə Qəhrəman Rüstəm oğlu 26 aprel 1997-ci ildə Biləsuvar rayonunda anadan olub. 2003 -cü ildə Füzuli rayonu 1 saylı Qayıdış qəsəbəsinə köçüb. 2003-cü il sentyabr ayında 1 saylı Qayıdış qəsəbəsində 1-ci sinifə daxil olub. 2014-cü ildə orta məktəbi bitirib. 2014-cü ildə 402 balla Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinə qəbul olub. 2018-ci ildə universiteti bitirib.
2018-2019-cu illərdə Naxçıvan da Şahbuz rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətini müvəffəqiyyətlə keçib. 21.09.2020-ci il tarixində könüllü olaraq cəbhəyə yollanıb. Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı rayonları istiqamətində gedən döyüş əməliyyatlarında böyük şücaət göstərib. Düşmən işğalında olan torpaqlarımızın işğaldan azad olunmasında fədakarlıq edib. 31 oktyabr 2020-ci ildə Xocavənd rayonu Tuğ kəndi istiqamətində gedən döyüş əməliyyatlarında ağır yaralanaraq sağ ayağını itirib.
Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən, qazi “Cəsur döyüşcü”, “Füzulinin işğaldan azad olunmasına görə”, “Qubadlının işğaldan azad olunmasına görə”, “Şuşanın işğaldan azad olunmasına görə” medalları ilə təltif olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı