Modern.az

Yoluxma sayı açıqlandı: 17 nəfər ölüb

Yoluxma sayı açıqlandı: 17 nəfər ölüb

Aktual

28 Fevral 2022, 17:04

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 1090 nəfər müalicə olunaraq sağalıb.

Modern.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
 

İndiyədək ölkədə ümumilikdə 785 670 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 765 373 nəfər müalicə olunaraq sağalıb, 9 417 nəfər vəfat edib. 10 880 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 860, bu günə qədər isə ümumilikdə 6 554 964 test icra olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı