Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranan təhlükəsizlik problemlərinə görə, ABŞ Belarusdakı səfirliyinin fəaliyyətini dayandırıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Tony Blinken məlumat yayıb.
O, həmçinin fövqəladə hallar altında olmayan işçilərin və ailə üzvlərinin ABŞ-ın Rusiyadakı səfirliyini tərk etməsinə icazə verdiyini bildirib.
“ABŞ Dövlət Departamenti Belarusun Minsk şəhərindəki səfirliyinin fəaliyyətini dayandırıb və Moskvadakı səfirliyimizdə fövqəladə vəziyyət halında olmayan əməkdaşların və ailə üzvlərinin könüllü getməsinə (“səlahiyyətli gediş”) icazə verib. Biz bu addımları Rusiya hərbi qüvvələrinin Ukraynada əsassız hücumundan qaynaqlanan təhlükəsizlik məsələlərinə görə atdıq”, – deyə Blinken bazar ertəsi deyib.
O, departamentin ən yüksək prioritetinin ABŞ vətəndaşlarının, o cümlədən hökumətin bütün dünya üzrə əməkdaşlarının təhlükəsizliyi olduğunu qeyd edib.
Turqay Musayev