Modern.az

Rusiya 36 ölkəyə hava məkanını BAĞLADI

Rusiya 36 ölkəyə hava məkanını BAĞLADI

Aktual

28 Fevral 2022, 17:27

Moskva hava məkanlarını Rusiya üçün bağlayan ölkələrin aviaşirkətlərinə qadağa qoyub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

 

“Beynəlxalq hüquq normalarına uyğun olaraq, Avropa dövlətlərinin Rusiya aviadaşıyıcıları tərəfindən həyata keçirilən və ya Rusiyada qeydiyyatdan keçmiş mülki təyyarələrin uçuşlarına qoyulan qadağaya cavab olaraq, uçuşların həyata keçirilməsinə məhdudiyyət tətbiq edilib”, - xəbərdə deyilir.

 

Qeyd edildiyi kimi, məhdudiyyətlər aşağıdakı ölkələrin hava daşıyıcılarına təsir edəcək: Avstriya, Albaniya, Belçika, Bolqarıstan, Britaniya, Virciniya adaları, Macarıstan, Almaniya, Cəbəllütariq, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveç.

 

Rusiya ümumilikdə hava məkanını 36 ölkəyə qapadıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı