Azərbaycan vətəndaşları Xarkovdan təxliyyə olunur.
Modern.az-ın əldə etdiyi məlumata görə, Xarkovun bombalanması və gözlənilən hücumla əlaqədar Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun dəstəyi ilə yaxın saatlarda tələbələr də daxil olmaqla, 60 nəfər vətəndaşımız qatarla Lvova yola salınacaq.
Qeyd edək ki, Xarkovdan təxliyə olunmaq istəyən Azərbaycan vətəndaşlarının sayı 1500 nəfərdir.