Məşhur rusiyalı milyarder Roman Abramoviç Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün bu gün Belarusda keçirilən ikitərəfli danışıqlarda iştirak edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Abramoviçin mətbuat katibi bildirib.
55 yaşlı yəhudi əsilli rusiyalı milyarder Roman Abramoviç Rusiyanın Ukraynaya təcavüzünü dayandırmağa kömək etməyə çalışır.
R.Abramoviçin sözçüsü onun danışıqlarda vasitəçi olduğunu təsdiqləsə də, bu haqda geniş danışmaq istəməyib.
Rusiya tərəfi bildirib ki, Roman Abramoviç Ukrayna tərəfinin xahişi ilə danışıqlar prosesinə qatılıb.
Abramoviçin iştirakını ukraynalı kinorejissor və prodüser Aleksandr Rodnyanski də təsdiqləyib.
"Təsdiq edə bilərəm ki, Ukrayna tərəfi Rusiyada onlara sülh yolu ilə həll yolu tapmağa kömək etməyə hazır olan birini tapmağa çalışıb. Onlar yəhudi icması vasitəsilə Roman Abramoviçlə əlaqə saxlayıb, kömək üçün ona müraciət ediblər", - Rodnyanski bildirib.