Modern.az

Qanunsuz ət satışının qarşısı alındı

Qanunsuz ət satışının qarşısı alındı

Aktual

28 Fevral 2022, 18:00

İsmayıllıda qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb.

 

Bu barədə Modern.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

 

Agentlik müfəttişləri İsmayıllı Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı rayonun Yuxarıbaş kəndində Həmzəyev Rüstəm Qaraş oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində 4 ədəd at başı, 15 ədəd at ayağı, 4 hissəyə bölünmüş 1 baş at cəmdəyi, sümükdən ayrılmış at əti və sümükləri aşkar edib. Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!