Tanınmış türkiyəli məşqçi Ərtoğrul Sağlam Təbrizin İran çempionatında çıxış edən “Traktor” klubu ilə müqavilə imzalayıb.
Modern.az xəbər verir ki, bu, Ərtoğrul Sağlamın Təbriz klubuna ikinci gəlişidir.
Ə.Sağlam 2018-ci ildə 4 ay müddətində “Traktor”u çalışdırıb.
2009-cu ildəTürkiyədə "Bursaspor"la çempion olan Ərtoğrul Sağlam son olaraq "Samsunspor"u çalışdırıb və 2021-ci ilin iyununda ayrılıb. Təcrübəli məşqçi bir müddət boş qalıb və onun yeni dayanacağı Təbriz klubudur.
Güney Azərbaycan klubu 1970-ci ildə Traktor fabrikinin dəstəyi ilə yaradılıb. Klub dünyada ən çox azarkeşi olan futbol komandalarından biridir.