Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
Modern.az xəbər verir ki, turun son matçında "Qarabağ" "Keşlə" klubunun qonağı olub. "ASK Arena"da keçirilən görüşdə qalib müəyyənləşməyib.
Meydan sahibləri qarşılaşma ərzində üstün oyun sərgiləsələr də, qapılara qol vurulmayıb.
Bu nəticədən sonra xallarını 37-yə çatdıran "Qarabağ" ilk pillədəki mövqeyini qoruyub. 15 xalı olan "Keşlə" isə 6-cı sırada qərarlaşıb.
Qeyd edək ki, turun ilk üç oyununda "Neftçi" səfərdə "Sabah"a, "Zirə" "Səbail"ə 1:0, "Qəbələ" isə "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəlib.