Modern.az

Rüstəm Muradov “qara siyahı”ya salındı

Rüstəm Muradov “qara siyahı”ya salındı

Aktual

28 Fevral 2022, 23:55

Avropa İttifaqı (Aİ) sanksiya siyahısına daha 26 fiziki şəxs və bir şirkəti daxil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi saytında məlumat dərc olunub. 

 

Sanksiya siyahısında Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının sabiq komandanı, Cənub Hərbi Dairəsinin komandir müavini general Rüstəm Muradovun da adı var.

 

Xatırladaq ki, iki gün əvvəl Aİ və Böyük Britaniya Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq etmişdi. 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!