Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
Modern.az xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbədir.
Qeyd edək ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 22-də qeyd edilib. Martın 8-də Hava (Yel), martın 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
Yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 19:33-də daxil olacaq.