Modern.az

Daha 176 vətəndaşımız Bakıya gətirildi

Daha 176 vətəndaşımız Bakıya gətirildi

Aktual

1 Mart 2022, 07:47

"Azərbaycan Hava Yolları" QSC (AZAL) fevralın 28-də Ukraynadakı vəziyyətlə əlaqədar qonşu ölkələrə keçmiş 176 Azərbaycan vətəndaşını çarter reysi ilə təxliyə edib.

 

Modern.az xəbər verir ki, Rumıniyadan uçuş həyata keçirən təyyarə gecə saatlarında Bakıda eniş edib.

 

Qeyd edək ki, Rumıniya ərazisindən reallaşdırılacaq çarter reyslərindən birincisi artıq həyata keçirilib. Türkiyənin "Tailwind" şirkəti vasitəsilə 168 nəfər Azərbaycana çatdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı