Modern.az

Rusiyanın 64 kilometrlik hərbi kalonu Kiyevə yaxınlaşır - FOTO

Rusiyanın 64 kilometrlik hərbi kalonu Kiyevə yaxınlaşır - FOTO

Aktual

1 Mart 2022, 08:20

Ukraynanın paytaxtı Kiyevə yaxınlaşan hərbi kalonun peyk görüntüləri yayılıb.

 

Modern.az xəbər verir ki, “Maxar Technologies”ın məlumatına görə, hərbi kalonun uzunluğu 64 kilometrdir.

 

Böyük hərbi kalon zirehli texnika, tanklar, yedəkli artilleriya və digər maşınlardan ibarətdir. 

 

Çəkilişlər bazar ertəsi axşam saatlarında karvanın Antonov aviabazasından - Kiyev şəhərinin mərkəzindən təxminən 17 mil məsafədə - Priborskdan bir qədər şimalda uzanan yolda çəkilib.

 

Qeyd edilib ki, Priborsk Ukrayna-Belarus sərhədinə və Çernobılda tikintisi başa çatmamış nüvə reaktoruna yaxındır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı