Basketbol üzrə Avroliqa rəhbərliyi Rusiyanı təmsil edən ÇSKA, UNİKS və “Zenit” klublarının turnirdə çıxışına qadağa qoyub.
Modern.az xəbər verir ki, bu qadağa Avropa kuboku yarışında mübarizə aparan “Lokomotiv” komandasına da şamil olunub.
Turnirin rəhbərləyi Rusiya klublarının müntəzəm çempionatdakı nəticələrini ləğv edib.
Beləliklə, hesabında 23 oyundan 14 qələbə olan “Zenit” turnir cədvəlində beşinci pillədə qərarlaşıb. On dörd qələbəsi və 10 məğlubiyyəti olan ÇSKA altıncı, 13 qələbə və 12 məğlubiyyətlə UNİKS səkkizinci pillədə yer alıb.