Modern.az

Ruslar hərbi hissəni vurdu - 70 döyüşçü öldü

Ruslar hərbi hissəni vurdu - 70 döyüşçü öldü

Aktual

1 Mart 2022, 08:34

Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində Rusiya hərbçilərinin artilleriya atəşi nəticəsində hərbi hissədə 70 ukraynalı döyüşçü həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Sumı Regional Dövlət Administrasiyasının sədri Dmitri Jivitski məlumat yayıb.

 

“Dünən düşmən artilleriyası hərbi hissəni əhatə edib. Dağıntılar altından cəsədləri çıxarmaqda davam edirlər. Dövlət Fövqəladə Hallar Xidməti, könüllülər işləyir. Çoxlu ölü var. İndi ölən 70 Ukrayna əsgərinin dəfn edilməsi üçün qəbiristanlıqda yerlər hazırlayırlar”, - Jivitski bildirib.

 

Bununla yanaşı, Jivitski Rusiya tərəfdən də böyük itkilərin olduğunu qeyd edib.

 

“Şəhərdə çoxlu rus cəsədi var idi, biz onları toplayırıq. Qızıl Xaç Cəmiyyətinin əməkdaşları onları evlərinə aparır” - o deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı