Ukrayna ordusu “Bayraktar TB-2” PUA-ları vasitəsilə Rusiyaya aid 110-dan çox hərbi texnikanı zərərsizləşdirib.
Modern.az xəbər verir ki, bu barədə Şimal Əməliyyat Komandanlığı məlumat yayıb.
Qeyd olunub ki, “Bayraktar” PUA-larının dəqiq zərbələri ilə Lebedin (Sumı rayonu) yaxınlığında Rusiyanın 96 tankı, 20 “Qrad” qurğusu və 8 yanacaq daşıyan nəqliyyat vasitəsi məhv edilib.