Modern.az

8 ölkədən Ukrayna ilə bağlı Aİ-yə MƏKTUB

8 ölkədən Ukrayna ilə bağlı Aİ-yə MƏKTUB

Aktual

1 Mart 2022, 09:18

Estoniya, Bolqarıstan, Çexiya, Latviya, Litva, Polşa, Slovakiya və Sloveniya prezidentləri açıq məktub dərc edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, onlar Avropa İttifaqını (Aİ) Ukraynaya dərhal namizəd ölkə statusu verməyə və onun birliyə rəsmi qəbulu ilə bağlı danışıqlara başlamağa çağırıblar. 

 

Məktubda deyilir:

 

“Biz Avropa İttifaqına üzv dövlətləri Ukraynaya ən yüksək siyasi dəstəyi birləşdirməyə və Aİ institutlarına Ukraynaya dərhal Aİ-yə namizəd ölkə statusu vermək üçün addımlar atmağa və danışıqlar prosesini başlamağa çağırırıq”. 

 

Xatırladaq ki, bazar ertəsi Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə telefon danışığından sonra Ukrayna Prezidenti Volodimir Zelenski bloku Rusiyanın işğalı ilə mübarizə apardığı üçün ölkəsinə dərhal Aİ üzvlüyünə icazə verməyə çağırıb.

 

Turqay Musayev

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı