Modern.az

BMT ilə Ukraynanın itkilərə dair rəqəmləri fərqlidir

BMT ilə Ukraynanın itkilərə dair rəqəmləri fərqlidir

Aktual

1 Mart 2022, 09:36

BMT-nin məlumatına görə, Rusiyanın Ukraynaya hücumu nəticəsində artıq 100-dən çox dinc sakin həlak olub, 300-dən çox insan isə yaralanıb.
 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baçeletin Cenevrədəki ofisi məlumat yayıb.
 

Onun sözlərinə görə, həlak olanlar arasında ən azı 7 uşaq da var. BMT-nin ali komissarının bəyanatında deyilir ki, itkilərin əksəriyyəti artilleriya, raket və havadan bombardmanlar nəticəsində olub.
 

Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə isə fevralın 28-nə olan məlumata görə, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri 352 nəfər ölüb, o cümlədən 16 uşaq, 2040 mülki şəxs, o cümlədən 45 uşaq yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı