Modern.az

Qazaxıstanda hakim partiyanın adı dəyişdirilir

Qazaxıstanda hakim partiyanın adı dəyişdirilir

Aktual

1 Mart 2022, 09:47

Qazaxıstanın hakim "Nur Otan" (Vətən İşığı) partiyasının növbədənkənar qurultayında təşkilatın adının “Əmanət” olaraq dəyişdirilməsi müzakirə olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

 

Təşkilatın, dövlət proqramlarının, özəl şirkətlərin adlarında “Nur” (işıq, şüa) prefiksindən istifadə Qazaxıstanda Nursultan Nazarbayevin ölkəyə rəhbərliyi dövründə geniş şəkildə tətbiq edilib.

 

Qeyd edək ki, partiyanın adının dəyişdirilməsi təşəbbüsü ilə Milli Məclisin (aşağı palata) sədri Yerlan Koşanov çıxış edib. 

 

"Ölkədə baş verən dəyişikliklərin mərkəzində partiyamız dayanır. Açığı, ölkə ilə yanaşı, partiyanın da yeniləşməsinə ehtiyac var. Təşkilatın fəaliyyətini yeni məna ilə doldurmaq üçün lazımi dəyişikliklər edilməlidir. Bu baxımdan partiyanın mahiyyətinin və adının dəyişdirilməsini düzgün hesab edirik”, - deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı