Cənubi Koreya Rusiyanın işğalı davam etdiyi üçün Ukraynaya 10 milyon dollar humanitar yardım göstərəcək.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, dəstək Ukrayna hökuməti, qonşu ölkələr və beynəlxalq təşkilatlarla məsləhətləşmələr yolu ilə həyata keçiriləcək.
Cənubi Koreya prezidenti Mun Jae-in hökumətə tez bir zamanda Ukraynaya humanitar yardım göstərməyi tapşırıb.
“Ümid edirik ki, hökumətimizin dəstəyi Ukrayna xalqına və qaçqınlara effektiv şəkildə kömək edəcək və biz Ukraynadakı humanitar böhranın həllinə fəal töhfəmizi davam etdirəcəyik”, - nazirlik bəyan edib.
Turqay Musayev