Modern.az

Kadırov çeçenlər arasında itkilərin olduğunu etiraf etdi

Kadırov çeçenlər arasında itkilərin olduğunu etiraf etdi

Aktual

1 Mart 2022, 10:30

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov etiraf edib ki, Ukraynaya hücumda iştirak edən çeçenlər arasında itkilər olub.

 

Modern.az xəbər verir ki, o, bu barədə “Telegram” kanalında məlumat yayıb.

 

"Çeçenistan Respublikasının yerli sakinləri arasında artıq itkilər var. İki nəfər ölüb, daha altı nəfər müxtəlif dərəcəli xəsarət alıb", - Çeçenistan rəhbəri yazıb.

 

Qeyd edək ki, bundan əvvəl Ramzan Kadırov Ukraynadakı döyüşlərdə itkilər vermədiklərini bildirmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?