ATƏT-in nümayəndələri Luqanskdakı ofisini tərk edərək Rusiya Federasiyası istiqamətində hərəkət ediblər.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“ATƏT-in monitorinq missiyası Luqanksda mehmanxananı tərk edib, ofis fəaliyyətini dayandırıb. Onlar Rusiya istiqamətində hərəkət edir”, - xəbərdə deyilir.
Qeyd edək ki, bir gün əvvəl ATƏT gündəlik hesabatında Donetsk və Luqanskdakı monitorinq qruplarının Rusiya Federasiyası vasitəsilə təxliyə edilməsini gözlədiklərini bildirib. Bundan əvvəl ATƏT-in baş katibi Helqa Şmid qeyd edib ki, o, ATƏT missiyasının bütün üzvlərini tezliklə Ukraynadan çıxarmaq qərarına gəlib.