Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Ukraynadakı vəziyyətlə bağlı rəsmi araşdırmaya başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat verilib.
"Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə yanaşı hərbi cinayətlər davam edir. Ukrayna Roma Statutunun iştirakçısı olmasa da, əvvəllər verilmiş ərizələr əsasında onun “ad hoc” (müyyənetmə) yurisdiksiyasını tanıyıb. Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinə iki ərizə verib. Birincisi, 2013-cü il noyabrın 21-dən və 2014-cü il fevralın 22-dək Ukraynada baş verən hadisələrlə, ikincisi isə 2014-cü il fevralın 20-dən törədilmiş cinayətlərin davam etməsi ilə bağlıdır. Bu, iki ərizənin təhlili prokurorluğa müharibə cinayətləri və insanlığa qarşı cinayətlər iddia etmək üçün hər cür əsas verir. Rusiyanın ali hərbi-siyasi rəhbərliyi Beynəlxalq Cinayət Məhkəməsi qarşısında çıxış etməyə və törədilmiş hər bir cinayətə görə cavab verməyə məcbur olacaq. Bu, XXI əsrin Nürnberq məhkəməsi olacaq”,- nazirliyin məlumatında qeyd olunub.