Müharibənin altıncı gününə olan məlumata əsasən, Rusiya ordusu döyüşlərdə təxminən 5710 nəfər itki verib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
"Hesablamalara əsasən, 5700 nəfərdən artıq Rusiya hərbçisi öldürülüb. Birgə Qüvvələr Əməliyyatı zonasında Rusiyanın 29 təyyarəsi, 29 helikopteri, 198 tankı, 846-dan çox hərbi texnikası, 24 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 305 avtomobil texnikası vurulub. Yüzlərlə hərbçi əsir götürülüb", - deyə nazirlik Rusiyanın itkilərini açıqlayıb.
Qeyd edək ki, ötən gün Rusiyanın Müdafiə Nazirliyi Ukraynaya qarşı döyüşlərdə itkilər verdiklərini təsdiqləyib, lakin rəqəmlər ictimaiyyətə təqdim olunmayıb.