Modern.az

Danışıqlar görüntü xarakteri daşıyır - Rusiya vaxt qazanır

Danışıqlar görüntü xarakteri daşıyır - Rusiya vaxt qazanır

Aktual

1 Mart 2022, 12:26

Fevralın 28-də Belarusun Qomel şəhərində Ukrayna və Rusiya nümayəndələri arasında görüş keçirilib. 6 saat davam edən görüşdən sonra ilk açıqlama Ukrayna tərəfindən verilib. Ukrayna Prezidenti Volodimir Zelenski görüş barədə məlumat verərəkən, hər hansı nəticə əldə edilmədiyini bildirib. Görüşün növbəti raundunun qarşıdakı günlərdə  Polşa - Belarus sərhədində keçiriləcəyi qeyd olunub.

 

Politoloq Qabil Hüseynli bütün dünyanın diqqət mərkəzində olan görüşü Modern.az-a şərh edib.

 

O bildirib ki, görüşün siyasi əhəmiyyəti Rusiya tərəfinin danışıqlara razılıq verməsidir:

 

“Bununla bərabər Rusiya görüşlərdə yerinə yetirilməsi mümkün olmayan ilkin şərtlər irəli sürüb. Bu şərtlərə NATO-ya daxil olmamaq, ordunun müəyyən hissəsinin tərki-silah edilməsi, Krımdan imtina olunması daxildir. Bunlar tamamilə qəbul edilməsi qeyri-mümkün təkliflərdir”.

 

 

Q.Hüseynovun sözlərinə görə, Rusiya danışıqlara getməklə vaxt qazanmağa çalışır:

 

“Rusiya tamamilə sıradan çıxmış ordunu yenidən qurmağa və yeni hücumlara hazırlaşır. Mən danışıqlar prosesində hansısa irəliləyişin olduğunu görmürəm. Əgər danışıqlar prosesi davam edərkən Kiyev bombalanır və oraya “İsgəndər” raketi atılırsa, üstəlik də rus ordusunun fəaliyyəti dayanmırsa, Ukrayna da müdafiə olunan tərəf kimi müqavimət göstərirsə, deməli danışıqlar nəticəsizdir. Bu onu göstərir ki, tərəflər vaxt qazanmağa çalışır. Həmçinin, bunu dünya ictimai rəyində danışıqlar görüntüsü yaratmaq üçün edirlər”.

 

Turqay Musayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı