Ukraynadakı vəziyyət ABŞ-ın hərəkətləri və siyasətinin nəticəsidir.
Modern.az xəbər verir ki, bu barədə İranın ali lideri Ayətullah Əli Xamenei deyib.
"Məncə, Ukrayna bu siyasətin qurbanına çevrilib. Bu gün Ukraynanın işləri ABŞ-ın bu siyasəti ilə bağlıdır. ABŞ Ukraynanı belə vəziyyətə gətirib", - Xamneyi Rusiya-Ukrayna müharibəsilə bağlı çıxışında bildirib. O baş verənlərə görə ABŞ-ı ittiham edib.