Modern.az

6 mülki şəxs minaya düşüb

6 mülki şəxs minaya düşüb

Aktual

1 Mart 2022, 12:35

Rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2022-ci ilin fevral ayında 2 hadisə nəticəsində 3 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyindən Modern.az-a verilən məlumata görə, nəticədə bir mülki şəxs kasetli silah qalığının partlamasından həlak olub və iki mülki şəxs isə piyada əleyhinə mina partlamasından yaralanıb.

"2022-ci ilin fevral ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Yevlax və Təttər rayonlarının ərazisində baş verib.

Ümumilikdə 2022-ci ilin ilk iki ayında 6 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb", - açıqlamada deyilir.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı