Modern.az

Lukaşenko Ukrayna ilə döyüşə girməkdən çəkindi

Lukaşenko Ukrayna ilə döyüşə girməkdən çəkindi

Aktual

1 Mart 2022, 12:46

Minsk Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatda iştirak etmək niyyətində deyil.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

 

Onun sözlərinə görə, Belarus ordusu hərbi əməliyyatlarda iştirak etməyib və bunu hər kəsə sübut edə bilər.

 

"Üstəlik, Rusiya rəhbərliyi heç vaxt silahlı münaqişədə iştirakımızla bağlı məsələni qaldırmayıb. Biz Ukraynada xüsusi əməliyyatda iştirak etmək fikrində deyilik. Belə bir ehtiyac yoxdur. Biz Brestdən dövlət sərhədini əhatə edirik. Radikalların, silahların ölkəyə daxil olmasının qarşısını alırıq”,- deyə Lukaşenko qeyd edib.

 

Xatırladaq ki, Lukaşenko daha öncəki çıxışlarında Rusiyaya istənilən dəstəyi verməyə hazır olduqlarını vurğulamışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı