“Azərbaycanlılar Ukraynaya humanitar yardım dəstəyinin verilməsində fəal iştirak edirlər. İnsanlar təcili lazım olan hər şeyi gətirirlər. Son 24 saat ərzində 3,5 tondan çox yük toplanıb. Bu yardım tezliklə Ukraynada olacaq”.
Modern.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk hesabında yazıb.
“Qardaş Azərbaycan xalqına təşəkkür edirik! Müharibəni birlikdə dayandıracağıq”, - səfir bildirib.