Bu gün Beynəlxalq Konkisürmə İttifaqı (ISU) Rusiyanın Ukraynanı işğal etməsindən sonra Rusiya və Belarus konkisürənlərinin bütün yarışlarında iştirakını dayandırıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, konkisürənlərə ISU çempionatlarında və digər tədbirlərdə iştirak etmək qadağan olunub.
“ISU Şurası Ukraynadakı ISU Üzvləri, Ukrayna Sürətli Konkisürmə Federasiyası və Ukrayna Fiqurlu Konkisürmə Federasiyası ilə tam həmrəy olduğunu bir daha təsdiqləyir”, - bəyanatda deyilir.
İdarəetmə orqanı qadağanın dərhal qüvvəyə minəcəyini və növbəti bildiriş gələnə qədər yerində qalacağını bəyan edib.
Turqay Musayev