“Tesla Inc”dən “Starlink” peyk stansiyalarının ilk partiyası artıq Ukraynaya gəlib. Bununla da Ukrayna ərazisində “StarLink” peyk stansiyası aktivləşib.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov öz “Telegram” kanalında məlumat verib.
“StarLink” peyk internet stansiyalarının ilk partiyası Ukraynaya çatıb! İlon Maska və azad Ukraynanın bütün tərəfdaşlarına təşəkkür edirik! Biz bütün cəbhələrdə mübarizəni davam etdiririk!” , - deyə paylaşımda bildirilib.
Xatırladaq ki, “StarLink” mövcud olmayan yerlərdə yüksək sürətli peyk İnternetə çıxışı təmin etmək üçün “SpaceX” tərəfindən buraxılmış qlobal peyk sistemidir.