Modern.az

“Netflix”dən Rusiyanın 20 telekanalına qadağa

“Netflix”dən Rusiyanın 20 telekanalına qadağa

Aktual

1 Mart 2022, 14:13

“Netflix” striminq servisi “Roskomnadzor”un (Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti) tələbinə baxmayaraq, 20 Rusiya telekanalını yayımlamaqdan imtina edib.

 

Modern.az bu barədə “Variety” jurnalına istinadən xəbər verir.

 

“Hazırkı vəziyyəti nəzərə alaraq, biz bu kanalları xidmətimizə əlavə etməyi planlaşdırmırıq”, - “Netflix”in nümayəndəsi nəşrə deyib.

 

Nəşrin məlumatına görə, “Netflix”in Rusiya seqmenti kiçikdir, ölkədə şirkətin ofis və əməkdaşları yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı