Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların nəticələri barədə Prezident Vladimir Putinə məlumat verilib, lakin hər hansı təxminlər söyləmək hələ tezdir.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bazar ertəsi Belarus ərazisində Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski başçılıq edib. Daha əvvəl Vladimir Zelenskinin ofisi bildirib ki, “danışıqların əsas məsələsi dərhal atəşkəs və qoşunların Ukrayna ərazisindən çıxarılmasıdır”. Görüşdən sonra Zelenskinin özü bildirib ki, hələlik Ukraynaya lazım olan heç bir nəticə yoxdur”,- Peskov Qomel şəhərində keçirilən görüşlə bağlı açıqlamasında deyib.