Modern.az

Prezidentin tapşırığı ilə baş prokuror Lənkərana gedir

Prezidentin tapşırığı ilə baş prokuror Lənkərana gedir

Aktual

1 Mart 2022, 15:14

Baş prokuror Kamran Əliyev vətəndaşları qəbul edəcək.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev martın 11-də saat 10:00-da Lənkəran rayon prokurorluğunun inzibati binasında Lənkəran, Lerik və Astara rayon sakinlərinin qəbulunu keçirəcək.

 

Qeyd olunub ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lənkəran rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Sakinlər yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twetter) vasitəsilə də qəbula yazıla bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı